Lavrov “Türk axını“ ilə bağlı danışdı


00:58     15 Oktyabr 2015 lavrov9.jpg

"Türk axını" boru kəməri ilə bağlı siyasi anlaşma hələ də qüvvədədir".


Femida.az-ın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu Dövlət Dumasında "Parlament saatı"nda çıxış edərkən bildirib.

S. Lavrov Rəcəb Tayyib Ərdoğanın sentyabrda Moskvada Vladimir Putinlə görüşündə bunu təsdiqlədiyini söyləyib.

Türkiyədə keçiriləcək 1 noyabr parlament seçkilərini gözlədiklərini söyləyən Rusiya XİN başçısı bildirib ki, seçkilərədək bu sazişi imzalayacaq səlahiyyətli şəxs yoxdur:

"Seçkilərdən sonra lazım olan müqavilələri imzalamağa səlahiyyəti olan hökumət qurulacaq".

Açar sözlər:

Oxunub: 866