Rusiya aviasiyası İŞİD mövqelərinə zərbələr endirib


01:17     15 Oktyabr 2015 rusiya7.jpg

Rusiyanın Suriyadakı aviasiyası terrorçuların 40 obyektinə zərbələr endirib.


APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov deyib.

Sutka ərzində 41 döyüş uçuşunun həyata keçirildiyini deyən İ. Konaşenkov aviazərbələrin Hələb, İdlib, Latakiya, Hama və Deyr-əz-Zor əyalətlərini əhatə etdiyini bildirib. Onun sözlərinə görə, nəticədə terrorçuların Hələbdəki təchizat məntəqəsi, habelə terrorçu-kamikadzelərin istifadə etdikləri avtomobillərə partlayıcı qurğuların quraşdırıldığı obyektlər məhv edilib.

Hraytan yaşayış məntəqəsində isə terrorçulara məxsus silah-sursat anbarına aviazərbə endirilib.

Açar sözlər:

Oxunub: 889