Avtomobildə pirotexniki vasitələr aşkarlanıb


13:27     01 Dekabr 2018 2018/12/A8398274-21B1-4912-A57E-D34A7F915B47_1543654050.jpeg

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan qayıdan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən xəbərə görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin arxa söykənəcəyin arxasında üzərində "Picolla Corsar" yazısı olan 1300 qutu pirotexniki vasitələr aşkarlanıb. Faktla bağla araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 475