NASA yeni ekzoplanet kəşf edib


17:08     01 Dekabr 2018 nasa.jpg

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) əməkdaşları Tranzit Ekzoplaneti Müşahidə Teleskopunun (TESS) yardımı ilə "Qızmar Yupiter" ekzoplanetini kəşf ediblər.
Yeni tapılmış planet Yer kürəsindən 646 işıq ili uzaqlıqdadır və Yupiterdən təxminən 1,44 dəfə daha böyükdür. Məlumata görə, o, F-tipli HD 2685 ulduzu ətrafında fırlanır.

Qeyd edilir ki, sözügedən planetdəki temperatur 1800 dərəcədir.

Açar sözlər:

Oxunub: 545