Məmmədyarov Meksika prezidentinin andiçmə mərasimində iştirak edib
14:14 02 Dekabr 2018
Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 1-də Meksika prezidenti Andres Manuel Lopez Obradorunölkənin Deputatlar Palatasının binasında keçirilmiş andiçmə mərasimində iştirak edib.
Femida.az xəbər verir ki, mərasimə bir sıra dövlət başçıları, çoxsaylı yüksək səviyyəli qonaqlar da qatılıb.
Tədbir zamanı xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziri Marselo Ebrard Kasaubon ilə görüşüb. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Meksika prezidentinə səlahiyyətlərinin başlanılması münasibətilə təbriklərini çatdırıb. Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə edib.
Bundan əvvəl Elmar Məmmədyarovun Meksikaya işgüzar səfərə yola düşdüyü xəbər verilmişdi.
Femida.az
Oxunub: 327
Oxşar xəbərlər
- Məmmədyarov Aronyanı yenərək, liderliyini qorudu
- Məmmədyarov italiyalı həmkarı ilə telefonla danışdı
- Məmmədyarovla Mnatsakanyanın onlayn görüşü keçirilir
- Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov tacikistanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov səudiyyəli həmkarı ilə telefonla danışdı
- Məmmədyarov və Mnatskyan arasında videogörüş keçirilir
- Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
- Məmmədyarov beynəlxalq konfransda Ermənistanı ittiham etdi
- Məmmədyarov və Mnatsakanyan arasında görüş tarixi və yeri açıqlandı