Türkiyədə polis şəhid oldu


03:06     15 Oktyabr 2015 po.jpg

Türkiyənin Van şəhərində silahlı insident baş verib.


APA-nın “Milliyət”-ə istinadən verdiyi məlumata görə, Van şəhəri terrorla mübarizə idarəsinin əməkdaşları şübhəli bilinən 2 şəxsi izləyib

Təqib olunduqlarını başa düşən PKK terrorçuları polis əməkdaşlarına atəş açıb. Nəticədə polis əməkdaşlarından biri sinəsindən yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat zamanı terrorçulardan 1 məhv edilib, digəri yaralı şəkildə ələ keçirilib.

Açar sözlər:

Oxunub: 803