Parisdə etirazlar zamanı yaralıların sayı 133 nəfərə çatıb


18:30     02 Dekabr 2018 paris_2477667.jpg

Şənbə günü Parisdə baş verən küçə iğtişaşları zamanı xəsarət alanların sayı 23-ü polis əməkdaşı olmaqla 133 nəfərə çatıb.

Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü Parisin polis idarəsinə istinadən "Franc-Press" məlumat yayıb.

Bildirilir ki, etiraz aksiyaları zamanı 412 nəfər saxlanılıb, onlardan 378 nəfəri nəzarət altına götürülüb.

Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağı qiymətinin artırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Açar sözlər:

Oxunub: 376