Rusiya MSK sədri Bakıya gələcək


03:21     15 Oktyabr 2015 rus%20msk.jpg

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün Bakıya gələcək.


Femida.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə V. Çurov özü məlumat verib:

“Müxtəlif missiyalar tərkibində Azərbaycanda parlament seçkilərini izləməyə hazırlaşırıq. Bu bizim yaxın vaxtlar üçün planlarımızdır”,- deyə o bildirib.

V. Çurov əlavə edib ki, noyabrın 1-də keçiriləcək seçkilərdə fərqli cəhət odur ki, ATƏT missiyası müşahidə aparmayacaq: “ATƏT sədrinin Azərbaycana müşahidə missiyasını göndərməmək qərarı qeyri-qanunidir. Bu qərar qurumun sənədlərinə uyğun deyil. Bu onun şəxsi qərarı olub. Seçkilərdə digər missiyalar müşahidələr aparacaq”.

Açar sözlər:

Oxunub: 714