Ermənistan ordusu itki verdi


09:49     03 Dekabr 2018 ermeni_1395308783ermeni.jpg


Dekabrın 1-də saat 20:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin müdafiə zolağının döyüş mövqeyində aldığı odlu silah yarasından 1987-ci il təvəllüdlü, Nor Nork komissarlığından çağırılmış, 2016-cı ildən erməni ordusunda xidmət edən müqaviləli hərbi qulluqçu Qor Ağvanoviç Sarkisyanın meyiti aşkarlanıb.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Ölən 31 yaşlı Qor Sarkisyan yetim olub.İki ildir hərbi xidmətdə olan Sarkisyan İrəvan şəhər sakini olub. Onun yaxın qohumlarından birinin verdiyi məlumata görə, Sarkisyan ailəli olmayıb. O, 3 bacısı və qardaşının ailəsi ilə birgə yaşayıb. Qohumları, onun intihara əl atdığına inana bilmədiklərini qeyd ediblər.

Bildirilir ki, təhdid, qəddar münasibət və ya davamlı ləyaqətinin alçaldılması yolu ilə şəxsin intihara sürüklənməsi maddəsi üzrə Ermənistan İstintaq komitəsinin hərbi istintaq baş idarəsinin 8-ci qarnizon istintaq şöbəsində hadisənin baş vermə səbəblərinin araşdırılması məqsədilə cinayət işi açılıb.

İlkin araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Ermənistan   #Sarkisyan   #Meyit  

Oxunub: 811