Rumıniyada iri qaz yatağı aşkar edilib


03:51     15 Oktyabr 2015 f012e6c5-d966-49f9-9e7d-041b3fb0498d.jpg

"Lukoyl" ASC tərəfdaşları ilə birgə Rumıniyanın kontinental şelfində qaz yatağı aşkar edib.


Femida.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin məlumatında bildirilir.

Yataq Traydent blokunda yerləşən Lira dəniz strukturunda qeydə alınıb. Orada "Lukoil Overseas Atash B.V" şirkəti tərəfindən Rumıniya hökuməti ilə saziş əsasında geoloji kəşfiyyat işləri 2011-ci ildən aparılır. Layihədə "Lukoyl"un payı 72% təşkil edir. 18% "PanAtlantic Petroleum Ltd"yə, 10% isə "Societatea Nationale de Gaze Naturale Romgaz S.A"ya məxsusdur.

Seysmoloji məlumatlara görə, yatağın sahəsi 39 kvadrat km-ə, ehtiyatları isə 30 milyard m3-ə çata bilər. Yatağın dəqiq böyüklüyü qiymətləndirmə qazmasından sonra müəyyən ediləcək. Mənbə sahildən 170 km aralıda, təqribən 70 m dərinlikdə yerləşir.

Açar sözlər:

Oxunub: 685