Elmar Məmmədyarov erməni nazirlə görüşəcək


11:39     03 Dekabr 2018 2018/12/memmedyarov-mnatsakanyan-minsk_qrupu_1543822803.jpg

XİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 365