Satıcını hədələdi, 1200 manat alıb qaçdı


13:21     03 Dekabr 2018 2018/12/47511_1543829254.jpg

Bakıda soyğunçuluq hadisəsi baş verib.


DİN-dən Femida.az-a verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 15-də M.K.Atatürk prospektindəki köşklərdən birindəki satıcını bıçaqla hədələyib oradan 1200 manat və tütün məmulatı aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əkbərov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 461