Ermənistanda hərbi maşın aşdı - Ölən var


14:03     15 Oktyabr 2015 erm91.jpg

Ermənistanın Tavuş rayonunda orduya məxsus hərbi yük maşını dərəyə aşıb.


"Report" "News.am"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza Koti kəndindən hərbi hissəyə gedən yolda qeydə alınıb. Yol qəzası nəticəsində yük maşınının 50 yaşlı sərnişini, hərbçi Babken Saruxanyan ölüb, 48 yaşlı zabit Artak Andreasyan isə xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 913