Vüsal Məmmədov “Maarifçilik məktəbi”nin qonağı olub


17:50     03 Dekabr 2018 2018/12/maari-1543844288_1543845129.jpg

Gənclər üçün Təhsil Mərkəzi gənclər arasında maarifçilik ideyalarını, ənənələrini təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış “Maarifçilik məktəbi”-nin 3-cü təliminə yekun vurdu.


Layihənin qonağı Femida.az xəbər portalının baş redaktoru Vüsal Məmmədov görüş zamanı tədbir iştirakçılarına siyasi və sosial maarifçilik ənənələri haqqında geniş məruzə etdi.

Daha sonra qonaq milli maarifçilik hərakatının yüksəliş dövrü, onun təşəkkül tapması, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövrü müasirlərinin maarifçilik ideyaları haqqında müzakirə aparıb.

Tədbir zamanı gənclərin iştirakı ilə intellektual maarifçilik, Maks Veberin maarifçilik nəzəriyyəsi, şəxsiyyət azadlığı, humanizm, sosial ədalət idealları mövzusunda debat təşkil olunub.

Qeyd edək ki , “Maarifçilik məktəbi” proqramı bitdikdən sonra Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin Maarifçilik Forumu keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 463