Səfir: “Ermənistan beynəlxalq hüquqa hörmət etmir”

Səfir: “Ermənistan beynəlxalq hüquqa hörmət etmir”


14:12     15 Oktyabr 2015 sefir%20(1).jpg

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Fransanın Globale Diplomatie saytına müsahibə verib.


Müsahibə Ermənistan, Dağlıq Qarabağ, Azərbaycanda siyasət, təbii qaz, şiə artımı, eyni zamanda France 2 telekanalı mövzularını əhatə edir.

Femida.az həmin müsahibənin fransız dilindən tərcüməsini təqdim edir.

Globale Diplomatie (GB: Cənab Əmirbəyov, müsahibəmizin əsas mövzusuna keçmədən öncə, bilmək istərdik, səfirlik fəaliyyətinizdən əvvəl hansı işlə məşğul idiniz?

Elchin Əmirbəyov : BMT-də daimi missiyamızı davam etdirmək üçün İsveçrədə səfir idim. Bu missiya çərçivəsində iki dəfə New-Yorkda, daha sonra isə Brüsseldə NATO yanında Azərbaycan nümayəndəliyində xidmət göstərmişəm. Bundan əlavə, bir müddət Xarici İşlər Nazirliyində də fəaliyyət göstərmişəm.

GB : Ölkəniz 2015-ci ildə Avropa Olimpiya oyunlarını, Eurovision, güləş və boks üzrə beynəlxalq yarışlar təşkil etdi, həmçinin Fransanın Lens və İspaniyanın Athletiko Madrid klublarını satın aldınız. Bununla yanaşı Azərbaycanda turizmin inkişafı müşahidə edilir. Milan Ümumdünya sərgisindəki möhtəşəm Azərbaycan pavilyonu qurulmuşdu. Bütün bunların fonunda siz azərbaycanlıların yumuşaq güc siyasətini Qətər modeliylə müqayisə etmək olarmı?

Elchin Əmirbəyov : Biz ölkəmizin tarixini, mədəniyyətini tanıtmaq və Azərbaycanın imicini əcnəbilərə təşviq etmək üçün bütün imkanlardan istifadə edirik. Əksər dünya ölkələri kimi biz də yumuşaq güc siyasəti həyata keçiririk. Bizim burada diasporamız olmadığından ölkəmiz Fransada az işıqlandırılır. Azərbaycanda ÜDM-in həcminin artması və iqtisadiyyatın inkişafı fonunda bütün bunları etmək imkanımız var. Yalnız neft və qaz sahəsindən gələn gəirlərdən asılı olmamaq üçün, turizm, texnologiya və kənd təsərrüfatı kimi sahələrin inkişafına investisiyalar yatırırıq. Bu, bizə gələcəkdə həm də Xəzər dənizinin karbohidrogen ehtiyatları hesabına reallaşacaq TANAP qaz kəməri kimi Avropanın təbii qaz təhlüksəizliyinə tövhə verəcək layihələrin həyata keçirilməsi imkanı verir.

Yumuşaq güc siyasətimizlə bağlı qeyd etməliyəm ki, bu, bizim milli mənsubiyyətimizlə qurur duymağımızdan irəli gəir. Biz sivilizasiyaların kəsişməsində, tarixi ipək yolunun üzərində Türkiyə, Rusiya və Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayan bir ölkəyik. Azərbaycanda yəhudi, müsəlman və xristianlar birlikdə sülh şəraitində yaşayırlar. Bundan fəxr duyuruq. Bilirsiniz ki, bütün dini və etnik mübahisələr birlikdə yaşayış modelindən asılı olaraq dəyişir.

Əsas məqsədimiz dünyanı Azərbaycanın əsas problemi olan “Ermənistanla münaqişə və onun nəticələri” ilə bağlı məlumatlandırmaqdır.

GB : Siz düzgün olaraq Azərbaycanda mövcud dini və etnik mozaika haqqında danışdınız. Əhalinizin 65%-i şiə müsəlmanlarıdır və İranla iki tərəfli sərhəddə yerləşirsiniz. Aydındır ki, şiəliyin 12-ci qolundan olmasına baxmayaraq İran şiələrin güclənməsinin tərəfdarıdır. İordaniya kralı II Abdullah İran imperializmini təsvir etmək üçün “güclənən şiə”-lərdən bəhs etdi. Bununla razısınızmı?

Elchin Əmirbəyov : Əvvəla, ölkəmizin dünyəvi bir respublika olduğunu vurğulamaq istəyirəm. İrandan fərqli olaraq, Azərbaycanda din dövlətdən asılı deyill. Göstəricini vurğulamaqda haqlısınız, lakin biz dinlər arasında harmoniyanın olmasına üstünlük veririk. Kralın fikri ilə bağlı isə bir şey deyə bilmərəm.

GB : İrandan başqa, Dağıstan vasitəsilə Rusiya ilə də qonşusunuz. Bu gün Rusiya mümkün cihadçı hücumlarını neytrallaşdırmaq məqsədilə Suriyada önləyici müharibə aparır. Bəs qafqazlı, dünyəvi və əhalisinin əksəriyyəti şiə olan bir ölkə olaraq gələcəkdə bu cür hücumlardan ehtiyat edirsinizmi?

Elchin Əmirbəyov : Bilirsiniz ki, hazırda dünyada elə bir ölkə yoxdur ki, terrorizmdən qorunmuş olsun. Bundan əlavə, qonşularımız bölgəmizdə vəziyyətin heç də ürəkaçan olmadığını yaxşı bilirlər. Təhdidləri inkar etmirik və Əfqanıstan, İraq münaqişəsi zamanı hava məkanımızdan istifadəyə icazə vermişik, həmçinin Kosovaya sülhməramlılar göndərmişik. Belə bir vəziyyətdə terror təhlükəs hər zaman aktualdır.

GB : Əvvəlki mövzumuza geri dönək, Dağlıq-Qarabağ münaqişəsinin unudulmaması üçün ölkənizin tanıdılmasının vacib olduğunu dediniz. 1994-cü ilin may ayından etibarən Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edilib. Dağlıq Qarabağ “respublikası” qondarma bir dövlətdir və hazırda bu regionda məskunlaşanların böyük əksəriyyəti ermənilərdir. Bəs kompromis tapmaq olarmı, bu dondurulmuş münaqişə həll olunandırmı?

Elchin Əmirbəyov : Əvvəlcə, tarixə nəzər salaq. Bu münaqişə 1980-ci ildə, Sovet ittifaqının istilasından öncə başlamışdı, Dnestryanı və Abxaziya münaqişələri ilə paralel gedirdi. 1990-ci ildə Ermənistan silahlı qüvvələri Rusiyanın da dəstəyi ilə ölkə ərazimizə müdaxilə etdi. Bu münaqişənin aktiv fazası 1994-cü ildə başa çatsa da, dondurulmuş hesab edilə bilməzl. Çünki, cəbhə xəttində mütəmadi olaraq toqquşmalar və ölüm halları yaşanır. İşğal etdikləri Azərbaycan torpaqlarında ermənilərin etnik təmizləmə prosesi həyata keçirdiyi məlum məsələdir. Onlar bu torpaqlardan azərbaycanlıların izlərini silməyə çalışır, məscidlər dağıdılır. Onlar regionda demoqrafik dəyişikliklər həyata keçirərək beynəlxalq ictimaiyyəti yalan faktlarla çaşdırmağa çalışırlar.

Amma beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı prinsipi bizimlədir. Bundan əlavə, 1975-ci ildə qəbul olunmuş Helsinki dekaloqu sərhədlərin toxunulmazlığı prinsipinin xalqların öz müqəddəratını təyin etmə prinsipi üzərində üstün olduğunu göstərir. Bu gün Minsk qrupu(Rusiya, ABŞ və Fransa) ilə birlikdə çalışan vasitəçilər vardır. Onlar bizim ərazi suverenliyimiz və Ermənilərin bu ərazidə müxtariyyəti ilə bağlı kompromis əldə olunmasına çalışırlar.

2015-c ildə Avropada mövcud olan hər bir ölkə digərini işğal edir və bu münaqişə mediada yetərincə işıqlandırılmır. Bu məsələni sözün əsl mənasında həll etmək lazımdır, belə ki, bu Cənubi Qafqazda sabitliyi zəhərləyir.

GB : Fransa ilə Ermənistan arasında mədəni, sosial və tarixi əlaqələr mövcuddur. Sizcə, cəhdlərinizin uğursuluğu bununla bağlı deyilmi? Bundan əlavə, sentyabr ayında France 2 kanalında ölkənizi tənqid edən “Cash Investigation” adlı sənədli film nümayiş etdirildi. Buna reaksiyanız necədir?

Elchin Əmirbəyov : Bəli, biz Fransadakı erməni diasporasının böyük və güclü olduğunu bilirik. Onlar Ermənistanın özündən daha intiqamçıdır. Təbii ki, bu bizim xeyrimizə deyil. Onlara, əcdadları etnik təmizləmənin nə demək olduğunu yaxşı bilənlərə fəaliyyətlərini daha pozitiv istiqamətə dəyişmələrini arzu edirəm. Bu çətinlik tərəflərin birgə yaşama mümkünlüyünü qəlizləşdirir, belə ki, tarix boyu bizlər birlikdə yaşamışıq. Bütün bunlarla yanaşı, fransız diplomatiyasını və prezidentlər Nicolas Sarkozini, eləcə də Fransua Olandı münaqişə ilə bağlı gördükləri işə görə alqışlayıram. Lakin Fransada erməni diasporu ilə seçki öncəsi görüşlər keçirən dövlət rəsmiləri var və onlar bəzən Fransanın maraqlarına zidd davranışlar ilə yadda qalırlar. Məsələn, Fransa Milli Asambleyasında Sosialist qrupuna rəhbərlik edən Bruno Le Roux Ermənistan və Dağlıq Qarabağa səfər etmiş, özü isə bəzi fransız deputatların Krıma səfərini tənqidlə qarşılamışdı.

France 2 kanalına gəldikdə isə, sözügedən jurnalistlərlə bağlı şikayətlə çıxış etmişik. Belə ki, həmin sensasiyalı sənədli filmdə çoxlu sayda yalnış məlumatlara yol verilib. Sənədli film əvvəldən sona qədər bizim ölkəmizə iftiralar ilə çıxış edir. Bundan əlavə, ölkəmizdə kəskin diktaturanın hökm sürdüyünü demək tamamilə yanlışdır. Ölkədə müstəqil televiziya, mətbuat, internet mövcuddur.Azərbaycan dünyəvi dövlət olmaqla cinsi bərabərliyə də sahibdir. Biz bütün bunları qəbul etmirik və ölkəmizi terrorçu dövlət adlandıran, Fransa-Ermənistan dostluq qrupunun üzvü, deputat François Rochebloine əsassız və ədalətsiz çıxışları ilə bağlı məhkəməyə müraciət etmişik.

Açar sözlər:

Oxunub: 1211