Bu prezident ölkəsinə gələn Ərəb şahzadəni qəbul etmədi


21:21     03 Dekabr 2018 18_12_03_1543857848.jpg

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Argentinada “G20” sammitində iştirak etdikdən sonra Əlcəzairə səfərə gedib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Əlcəzairdə onu baş nazir Əhməd Uyəhya qarşılayıb.

Ölkə lideri Əbdüləziz Buteflika isə vəliəhd şahzadəni qəbul etməyib. Əlcəzair prezidentinin qrip olduğu üçün görüşdən imtina etdiyi bildirilib. Lakin ehtimal edilir ki, prezident Əbdüləziz Kaşoqi cinayəti ilə əlaqədar şahzadə ilə danışıqlar aparmaqdan imtina edib.

Qeyd edək ki, Əlcəzairdə nümayişlər qadağan edildiyindən, Tunisdə olduğu kimi vəliəhdi etirazçı kütlə qarşılamayıb. Bununla belə, bir qrup tanınmış əlcəzairli jurnalist və ziyalılar hökumətə açıq məktub yazaraq Məhəmməd bin Salmanın səfərinə etiraz ediblər. Bildiriblər ki, bu, qeyri-etik və siyasi cəhətdən qeyri-münasibdir.

Xatırladaq ki, jurnalist Camal Kaşoqinin qətlində ittiham olunan vəliəhd şahzadə məlum cinayətdən sonra ilk dəfə xaricə səfərə yollanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 529