"Elektron xidmət növlərinin Siyahısı"na yeni bənd əlavə edildi


08:50     04 Dekabr 2018 nazirler%20kabinettiii.jpg

Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"na yeni bənd əlavə edilib.

Femida.az bildirir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı elektron hərracların keçirilməsi "Elektron xidmət növlərinin Siyahısı"na əlavə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 306