Azərbaycanda icra başçısı qəzaya düşdü


11:12     04 Dekabr 2018 18_12_04_1543907963.jpg


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.



Femida.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu "Toyota" markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn "VAZ-21099" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 504