İki erməni pilot ölüb - “Su-25” qırıcı təyyarəsi qəzaya uğradı


14:38     04 Dekabr 2018 2018/12/large-(1)_1543924606.jpg

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” qırıcı təyyarəsi yoxa çıxıb.


Femida.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təyyarə saat 10:20-də təlim uçuşu zamanı yoxa çıxıb.


Onun Gümrü aeroportundan hava qalxdığı xəbər verilir. Hazırda ərazidə axtarışlar aparılır.

Femida.az xəbər verir ki, “Su-25” qırıcı təyyarəsində olan pilotlar polkovnik-leytenant Babayan Armen və mayor Manukyan Movses ölüblər. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.




Femida.az

Açar sözlər:

Oxunub: 1713