SOCAR-dan benzin və dizellə bağlı vacib AÇIQLAMA


14:44     04 Dekabr 2018 18_12_04_1543920335.jpg


Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Avro-5 standartlı benzinin istehsalı 2021-c ilin əvvəlindən mümkün olacaq.

Femida.az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.

O bildirib ki, dizel kompleksinin müasirləşdirilməsi üzrə işlərin 2020-ci ilin sonunadək başa çatması planlaşdırılır.

İ.Əhmədovun sözlərinə görə, həmin işlər daxili bazarı Avro-5 standartlı yanacaqla təmin etməyə imkan verəcək:

"Buraya, ilk növbədə, dizel yanacağı aiddir. Müasirləşmə həmçinin Avro-5 standartına uyğun 92-95-98 oktanlı benzin istehsal etməyə imkan verəcək".

O əlavə edib ki, istehsal olunan məhsul tam şəkildə daxili bazarda tələbatı təmin edəcək, qalan həcmlər isə ixrac olunacaq.

Femida.az

Açar sözlər: #benzin   #dizel   #socar   #iqtisadiyyat  

Oxunub: 871