İki güləşçimiz dünya reytinqində liderdir


16:47     04 Dekabr 2018 18_12_04_1543927691.jpg

Dünya Güləş Birliyi (UWW) reytinq siyahısını yeniləyib.
Azərbaycan Güləş Federasiyasından Femida.az -a Dünya və Avropa çempionatları, “Qran-pri” turnirləri və başqa reytinq xalı verən yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan siyahıda iki güləşçimiz liderlik edir. Bunlar qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) və yunan-Roma güləşi üzrə millimizin gənc üzvü İslam Abbasovdur (87 kq). Stadnikin 111, Abbasovun isə 89 xalı var. Cəbrayıl Həsənov (79 kq), Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (72 kq) ikinci pillədə qərarlaşıb. Ümumilikdə ilk “10-luq”da 16, ilk “20-lik”də isə 29 güləşçimiz yer alıb.

Açar sözlər:

Oxunub: 350