ABŞ-ın neft nəhəngi Azərbaycandan gedir - “Əsrin müqaviləsi”ndəki payını...
17:08 04 Dekabr 2018
ABŞ-ın nəhəng “Exxon Mobil” neft şirkəti “Əsrin müqaviləsi” adlandırılan Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.
Femida.az xəbər verir ki, bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb. Buna səbəb ABŞ-ın neft-qaz nəhənginin öz qlobal əməliyyatlarına, sənaye və bank mənbələrinə yenidən baxmaq istəməsi göstərilir.
Exxon Xəzərdəki Azəri-Çıraq Günəşli yatağındakı 6.8 faizlik payının satışından 2 milyard dollar əldə etməyə ümid edir.
Nəşr yazır ki, bu satış 25 illik səyahətin sonu demək olacaq. Belə ki, Exxon Sovet İttifaqının dağılması və 1994-cü ildə müqavilənin imzalanmasından sonra Azərbaycanın indiki neft sənayesinin yaradılmasına kömək edən ABŞ-ın beş neft şirkətindən biri olub.
Oxunub: 575
Oxşar xəbərlər
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var
- ABŞ-ın Yuta ştatı Azərbaycana dair bəyannamə qəbul edib
- ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
- ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub
- ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
- ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib
- ABŞ-ın lizinq şirkəti Rusiyada qalan 27 təyyarəni hesabdan siləcək
- ABŞ-ın İraqdakı bazasına raket hücumu olub
- ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib