Yaponiyaya yay qayıdır: insanlar tək köynəyə keçib


18:16     04 Dekabr 2018 18_12_04_1543929624.jpg

Yaponiyanın əksər hissəsində dekabr ayı üçün qeyri-adi yüksək temperatur qeydə alınıb.


Femida.az -ın məlumatına görə, dekabrın ilk günlərində Tokioda adi temperatur əsasən +10 dərəcə olsa da, bir sıra rayonlarda havanın istiliyi 25 dərəcəyə çatıb.

Cənub prefekturası olan Oitada isə temperatur +26,5 dərəcəni göstərir.

İnsanlar artıq tək köynəkdə gəzirlər. Hətta Yaponiyanın ən şimal adası Hokkaydoda 16 dərəcə isti var.

Açar sözlər:

Oxunub: 433