Təcridxanaya heroin keçirmək istədi, alınmadı


21:58     04 Dekabr 2018 18_12_04_1543943554.jpg

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Femida.az xəbər verir ki, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Məmmədov Rövşən Həzi oğlu müəssisəyə qəbul olunarkən onun üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 5,481 qram olan “Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 485