İlham Əliyev məşhur futbolçu ilə görüşdü


22:10     04 Dekabr 2018 2018/12/43F1CA81-1AEB-4FC1-A8A3-F71937BEB6FC_1543947136.jpeg

Prezident İlham Əliyev məşhur futbolçu, fransız Robert Pireslə görüşüb.

Femida.az xəbər verir ki, görüş Bakıda keçirilən “Bakutel-2018” sərgisində baş tutub.

Məlumat üçün bildirək ki, Pires 1998-ci ildə Dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. Arsenal komandasının liderlərin olan Pires həmçinin İngiltərə kubokunun qalibi və ingiltərə çempionudur. FİFA-nın 2000-ci il reytinqinə görə o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.

Qeyd edək ki, “Bakutel-2018” sərgisində ilk dəfə olaraq alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı “RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir. Robert Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.

Femida.az

Açar sözlər:

Oxunub: 608