Azərbaycan nefti bahalaşdı


08:30     05 Dekabr 2018 neft52.jpg

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,1 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 61,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 3-də 57,98 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 2,71 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 3-də 60,35 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,05 dollar/barel çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 349