Bu ölkədə internet-polisi yaradılacaq


09:02     05 Dekabr 2018 haker0.jpg

Malayziya hökuməti virtual məkanda cinayətlərlə mübarizə aparacaq kiberpolis yaratmağı planlaşdırır.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq təklif kommunikasiya və media texnologiyası naziri Qobind Sinqh Deo tərəfindən irəli sürülüb. "Ölkənin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı risk və təhlükələri də artır. Məlumatların oğurlanması, sabotaj, şəxsi şəbəkələrə qanunsuz müdaxilə, kibercasusluq kimi təhlükələr təşkilatlara mənfi təsir göstərməklə yanaşı, milli təhlükəsizliyə də təhdid yaradır", - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, internet-polislər milli kibertəhlükəsizlik agentliyinin, kommunikasiya və texnologiya məsələləri üzrə komissiyanın, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları hesabına formalaşdırılacaq.

Eyni zamanda, hökumət belə cinayətlərə görə cəzaların sərtləşdirilməsi məsələsini də nəzərdən keçirir.

Femida.az

Açar sözlər:

Oxunub: 324