FHN-dən Qəbələ məktəbindəki yanğınla bağlı - Açıqlama


09:58     05 Dekabr 2018 fhn-yangin-sonduren.jpg

Qəbələdə orta məktəb binasında yanğın olub.



FHN-dən Femida.az-a verilən məlumata görə, rayonun Vəndam qəsəbəsində ümumi sahəsi 245 kv.m olan birmərtəbəli orta məktəb binasının (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 562