Polislər intihara cəhd edən qızı havada tutdu - VİDEO


10:31     05 Dekabr 2018 18_12_05_1543991527.jpg

Türkiyənin Ordu vilayətində yaşayış binasının 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edən qadını polislər son anda xilas edə biliblər.

Femida.az xəbər verir ki, psixoloji problemləri olan qadını fikrindən yayındırmaq üçün polislərin səyi nəticəsiz olub.

Asayiş keşikçilərindən biri şinelini çıxararaq xanımın olduğu balkonun aşağısında gözləmə mövqeyi tutub. Binadan özünü atan qadın digər polislərin də tutduğu şinelə düşüb. Yüngül xəsarət alan qadın xəstəxanaya çatdırılıb.



Açar sözlər:

Oxunub: 656