Beynəlxalq Könüllülər günü qeyd olunub


11:03     05 Dekabr 2018 2018/12/47681978_727375534316016_6484725641374597120_n_1543993817.jpg

5 dekabr 2018-ci il tarixində “ASAN xidmət” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı, ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı çərçivəsində Beynəlxalq Könüllülər günü ilə əlaqədar tədbir təşkil olunub.


Femida.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, şirkət rəhbərləri iştirak ediblər.

Öncə tədbir çərçivəsində təşkil olunan qanvermə aksiyasının və könüllülük fəaliyyətini əks etdirən sərginin təqdimatı keçirilib.

Açılış sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai, gənclər və idman nazirinin müavini İntiqam Babayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, “Coca-Cola” şirkətinin Qafqaz üzrə baş meneceri Adrian Çernautan çıxış ediblər.

Sonra “Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda təşkil olunan müsabiqə barədə iştirakçılara məlumat verilib və qaliblər mükafatlandırılıbar.

Tədbir “ASAN xidmət”, BMT, Qırmızı Aypara Cəmiyyəti, “Coca-Cola” Fondu, Skaut və Formula 1 Azərbaycan Qran Prisi könüllülərinin fəaliyyətinə dair təqdimat və sual-cavab sessiyalı Forum ilə davam etdirilib.

Sonda tədbirin təşkilində iştirak edən könüllülərin mükafatlandırılması keçirilib.

Həmçinin Pirəkəşkül qəsəbəsində Beynəlxalq Könüllülər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.





Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 828