Dünən Gəncədə, bu gün Sumqayıtda... - Şadlıq sarayları cərimələndi
12:13 05 Dekabr 2018
Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır. Keçirilən monitorinqlər zamanı şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, analizlərin nəticələrinə əsasən 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Aparılan araşdırma və monitorinq zamanı yalnız “Okean”, “Park Palace”, “Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub. Hazırda digər ictimai-iaşə obyektlərində monitorinq və araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 914
Oxşar xəbərlər
- Dünən Azərbaycanda 44 yanğın olub - Evdə qalan 5 nəfər isə...
- Dünən 30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
- Dünən 32 koronavirus xəstəsinə cinayət işi başlanılıb
- Dünən yollarda karantini pozan 1 822 nəfər cərimələndi
- Dünən 40 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 24 cinayətin üstü açılıb
- Dünən 3 nəfər yol qəzasında ölüb - RƏSMİ
- Dünən 24 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 30 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 19 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə