Nazirlik 147 mindən çox müraciəti cavablandırıb


12:37     05 Dekabr 2018 sd7j84it0h80ofg1eim3rg9nc4emek-ve-sosial-mudafie-nazirliyi.jpg


2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 147 484 müraciət daxil olub.


Femida.az xəbər verir ki, vətəndaşlar əsasən sosial təminat növləri, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, pensiya təyinatı, elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı müraciət ediblər. Ümumi müraciətlərin 95,5 faizi və ya 12 218-i sorğu xarakterli olub və sorğuların hər biri ilə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Görülən tədbirlər barədə də vətəndaşlara məlumatlar verilib.

Femida.az



Açar sözlər:

Oxunub: 400