Gömrükdən balıq keçirən şəxs saxlanıldı - SƏBƏB


15:03     05 Dekabr 2018 18_12_05_1544007714.jpg


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "QAZ 31029" markalı avtomobil saxlanılıb.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a məlumat verilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxasında - qaz balonunun altında gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 70 kq olan 20 ədəd balıq aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.



Femida.az

Açar sözlər: #DGK   #gömrük   #balıq   #Samur  

Oxunub: 485