Şəxsiyyət vəsiqələri xarici pasportun içində olacaq? – Rəsmi
15:15 05 Dekabr 2018
Azərbaycanda da bəzi xarici ölkələrdə olduğu kimi şəxsiyyət vəsiqələrinin ümumvətəndaş pasportunun içində ayrıca vərəq kimi olması bizim üçün aktual məsələ deyil.
Femida.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova yeni şəxsiyyət vəsiqələri ilə bağlı Sputnik.az-a müsahibəsində bildirib.
J.Nəsibova deyib ki, ucqar bölgələrdə yaşayan vətəndaşlara xarici pasport ümumiyyətlə lazım olmadığı üçün buna ehtiyac yoxdur:
“Şəxsiyyət vəsiqəsini ölkədə hamı istifadə edir. Bilirsiniz ki, hər bir hüquqi addım üçün şəxsiyyət vəsiqəsinə ehtiyac var. Amma ucqar rayonlarda yaşayan vətəndaşlar var ki, onlar heç bir xarici ölkəyə getmirlər. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin ümümvətəndaş pasportunun içində olması maddi baxımdan səmərəli deyil”.
Femida.az
Oxunub: 2505
Oxşar xəbərlər
- Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
- Şəxsiyyət vəsiqələri ilə sərnişin daşımaq istəyən həbs edildi
- Şəxsiyyət vəsiqəsini almaq üçün hansı sənədlər tələb olunur? - SİYAHI
- Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK: Bu gündən etibarən...
- Şəxsiyyət vəsiqələri qeydiyyatdan asılı olmayaraq veriləcək
- Şəxsiyyət vəsiqələri yeni qaydalarla veriləcək
- Şəxsiyyət vəsiqəsindəki qan qruplarına güvənmək olmaz - XƏBƏRDARLIQ
- Şəxsiyyət vəsiqəsinə görə yeni rüsumlar təsdiqləndi
- Şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu DƏYİŞİR