Müstəntiqlər qrupu yüksək vəzifəli korrupsionerin dalınca təcili Bakıya gəlir


18:13     05 Dekabr 2018 18_12_05_1544014543.jpg

Qırğızıstanın Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun ekstradisiyası ilə bağlı prosedur məsələlərinin aparılması üçün Bişkekdən Bakıya ən yaxın günlərdə müstəntiqlər qrupu göndəriləcək.



Virtualaz.org xəbər verir ki, bu barədə iqtisadi cinayətlərlə mübarizə üzrə Dövlət Xidmətindən bildiriblər.

Dövlət Xidmətindən təsdiq ediblər ki, eks yüksək vəzifəli məmur Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb.

Adamkul Junusov Qırğızıstanın Maliyyə Polisi tərəfindən 2018-ci ilin avqustunda İnterpol xətti ilə axtarışa verilib. Onun barəsində vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi qaldırılıb. İstintaqın versiyasına görə Junusov Dövlət Gömrük Xidmətinin sədri olarkən gömrüyün yüksək vəzifəli məmurları və “A.” MMC-nin nümayəndələri ilə “dayanıqlı korrupsiya əlaqələri” qurub, bu yolla dövlətə 166 milyon som ziyan vurub.



Qırğız mənbələrində göstərilir ki, Adamkul Junusov təcrübəli dövlət məmuru olub, 2013-cü ilin apelindən 2016-cı ilin aprelinə qədər Dövlət Gömrük Komitəsinə rəhbərlik edib. Həmin ilin iyulunda Junusovu Avrasiya İqtisadi Komissiyasının energetika və infrastruktur məsələləri üzrə “naziri”, yəni Kollegiya üzvü təyin ediblər. Hərçənd ixtisasi həkim-pediatrdır və bütün karyerasını gömrük işində keçirib. 2018-ci ilin ortalarında Junusov Avrasiya İqtisadi Birliyi hökumətindəki vəzifəsindən çıxarılıb və barəsində cinayət işi qaldırılıb.

* * *11:00

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

“Report”un xəbərinə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 481


Oxşar xəbərlər