Putin Poroşenkonun zənginə niyə cavab vermədiyini açıqladı


17:09     05 Dekabr 2018 putin9.jpg

Rusiya prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Petro Poroşenko ilə telefon əlaqəsindən imtina etməsinə aydınlıq gətirib.


Femida.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin bildirib ki, Poroşenkonun “sadə kombinasiyalar”ında iştirak etmək istəmədiyi üçün onun telefonla danışmaq cəhdlərinə reaksiya vermir:

“Məsələ onda deyil ki, mən sadəcə olaraq yayınıram və Petro Poroşenko ilə danışmaq istəmirəm. Məsələ odur ki, mən onun seçki kampaniyasında iştirak etmək istəmirəm”.

Onun sözlərinə görə, Poroşenko süni şəkildə böhran və təxribatçı situasiya yaradır, dərhal məsuliyyəti Rusiyanın üzərinə atır. Daha sonra nümayiş etdirməyə çalışır ki, yaranan problemi uğurla həll edir

Açar sözlər:

Oxunub: 424