İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 12 il ötür

İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 12 il ötür


17:20     15 Oktyabr 2015 ilhammm8.jpg

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 12 il ötür.


İlham Əliyev 15 oktyabr 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezident seçilib.

2003-cü il 15 oktyabr tarixində keçirilən həmin seçkilərin nəticəsində İlham Əliyev səslərin böyük hissəsinə sahib olmuşdu. Ötən 12 il ərzində ölkəmiz böyük uğurlara imza atıb. Gerçəkləşməsi 22 il əvvəl inanılmaz görünən nailiyyətlərimiz deməyə əsas verir ki, Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Təsadüfi deyildir ki, bəzi Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə başa vurmuş, siyasi mühitin liberallaşması və demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, Avrastrukturlara inteqrasiya prosesinə inamlı addımlarla qədəm qoymuşdur. Cənab İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır.

Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olub. Bu bir daha təsdiqləyir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.

Açar sözlər:

Oxunub: 614