Dünya Bankı rəsmisindən Azərbaycanla bağlı önəmli AÇIQLAMA
21:26 05 Dekabr 2018
Dünya Bankı "yaşıl iqtisadiyyat"ın müxtəli inkişaf variantlarını tədqiq etmək üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir.
Femida.az bildirir ki, bunu Trend-ə Dünya Bankının Bakıdakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi deyib.
Onun sözlərinə görə, bank Azərbaycanda "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi üçün Koreya Yaşıl Artım Fondunun vəsaitlərini cəlb edə bilib.
N.Naqvi daha sonra bildirib ki, Azərbaycan Energetika Nazirliyi ilə alternativ enerji mənbələri ilə bağlı ilkin danışıqlar keçirilib:
"Hazırda konkret layihələr yoxdur, amma əgər hökumət külək və ya günəş enerjisi kimi alternativ enerji mənbələri ilə bağlı bankla əməkdaşlıqda maraqlıdırsa, biz dəstək göstərə bilərik".
Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 25,3 min meqavatt təşkil edir ki, bu da ildə 62,8 milyard kilovatt/saat elektrik enerjisi istehsal etməyə imkan verəcək.
Femida.az
Oxunub: 424
Oxşar xəbərlər
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb
- Dünya çempionu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb
- Dünyada koronavirusa yoluxanların sayı 482,3 milyonu ötüb
- Dünyada koronavirusa yoluxma sayı 480 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 466 milyona çatır