Lombardiya regionunun prezidenti Azərbaycana dəvət edildi


22:04     05 Dekabr 2018 2018/12/22-02-49-ert_1544032998.jpg

Xarici işlər nazir Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontana ilə görüşüb.

Femida.az xəbər verir ki, görüş zamanı Lombardiya regionunun prezidenti gənclik dövründə Bakıya səfəri ilə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın son illərdə əldə etdiyi yüksək nailiyyətlər barədə məlumatlı olduğunu bildirib və rəhbərlik etdiyi regiondan olan şirkətlərin Azərbaycandakı yeni iqtisadi imkanlardan faydalanmasında maraqlı olduğunu, eləcə də Lombardiyanın yüksək elmi-texnoloji potensialını da nəzərə alaraq, regiondakı ali təhsil müəssiələri və elmi-tədqiqat insitutlarının Azərbaycandakı müvafiq qurumlarla əlaqələrinin də inkişafının faydalı olacağını diqqətə çatdırıb.

Azərbaycanın inkişaf strategiyası, prioritet inkişaf istiqamətləri, ölkəmizin regional və beynəlxalq layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin həyata keçirilməsindəki aparıcı rolu barədə məlumat verən nazir Elmar Məmmədyarov ölkəmizlə daha yaxından tanış olmaq və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün A.Fontananı regiondan olan iqtisadi və elmi-akademik qurumların nümayəndələrinin müşayiəti ilə Azərbaycana səfərə dəvət edib.

Dəvəti məmnuniyyətlə qəbul edən Lombardiya regionunun prezidenti yaxın müddətdə geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Açar sözlər:

Oxunub: 375


Oxşar xəbərlər