Fransadakı kütləvi etirazlar Tehrana çatdı
22:22 05 Dekabr 2018
Fransanın Tehrandakı səfirliyinin qarşısında tələbələr etiraz aksiyası keçiriblər.
Femida.az AzərTAc-a istinadən xəbər verir ki, etirazçılar Fransa hökumətini dinc nümayişçilərə qarşı amansız davranışlarına son qoymasına çağırıblar. Onlar bildiriblər ki, polisin öz hüquqları uğrunda mübarizə aparan insanlarla qəddarlıqla davranması yolverilməzdir. İnsanların polis dəyənəkləri ilə döyülməsi və həbs edilməsi demokratiyanın prinsiplərinə ziddir.
Tələbələr Fransada insan hüquqlarının kobudcasına pozulmasına dair şüarlar da səsləndiriblər.
Xatırladaq ki, ötən həftə Fransa hökumətinin yanacağın qiymətinin yüksəltməsinə etiraz edən insanlar kütləvi aksiyalar keçiriblər. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Nümayişlər arasında yaralananlar və həbs olunanlar var.
Oxunub: 399
Oxşar xəbərlər
- Azərbaycanın Fransadakı səfiri tələbələrlə görüşüb
- Fransadakı aksiyalarda 60-dan çox polis yaralanıb
- Azərbaycanın Fransadakı səfirliyi soydaşlarımıza müraciət etdi
- Fransadakı etirazlarda 125 min nəfər iştirak edib
- Fransadakı vəziyyətlə bağlı azərbaycanlılara müraciət edildi
- Azərbaycanın Fransadakı səfiri dəyişdirilib
- Fransadakı seçkilərdə ANTİ-REKORD
- Fransadakı seçkilərin ilk turu - YEKUN NƏTİCƏLƏR
- Fransadakı AES-də partlayış baş verib
- Tunisin Fransadakı konsuluna hücum olub