Ankara terrorunda niyə Azərbaycanın adı çəkilir?

Ankara terrorunda niyə Azərbaycanın adı çəkilir?


19:00     15 Oktyabr 2015 tur.png

“Bu bir təxribatdır”


Ankarada baş vermiş dəhşətli terror aktının ardından qəribə şaiyələr dolaşmaqdadır. Belə ki, terrorçuların terror aktını törətməzdən əvvəl azərbaycan dilində danışmaları sual işarələrinin də yaranmasına səbəb oldu.

Görəsən, terrorçuların azərbaycan dilində danışmaları əvvəlcədən planlaşdırılıbmı və bu təxribatın arxasında hansı qüvvələr dayanır?

Meydana çıxan suallarla bağlı Femida.az-a danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunun Türkiyə-Azərbaycan strateji əməkdaşlığına zərər vurmaq məqsədi daşıyan bir təxribat olduğunu bildirdi:

“Bəli bu bir həqiqətdir ki, bəzi dövlətlər və terrorçu təşkilatlar Azərbaycan-Türkiyə strateji müttəfiqliyindən qıcıqlanırlar. Bu məqamda Ermənistanın da müəyyən maraqları var. Ola bilər ki, “canlı bomba” lara təlimat verilib ki, onlar azərbaycan dilində danışsınlar. Sonrada istintaq zamanı bu müəyyən olunsun və nəticədə, Türkiyə-Azərbaycan münasibətləri gərginləşsin. Çox təəssüflər olsun ki, İŞİD sıralarında xeyli sayda azərbaycanllılar da var. İŞİD rəhbərliyi çox yaxşı bilir ki, Türkiyə və Azərbaycan strateji müttəfiqidir. Məhz buna görə də, İŞİD həmin bombaların partladılması üçün Ankaraya azərbaycanlı terrorçuları göndərmişdi. İŞİD-in Türkiyə və Azərbaycanla bağlı planları var. Bir müddət əvvəl İŞİD-in İstanbuldakı baş nümayəndəsi həbs olunmuşdu. Həmin şəxs Azərbaycan vətəndaşı idi. Bunun özü çox şeydən xəbər verir. Nəticə etibarilə, bu son olaylar da Azərbaycan-Türkiyə münasibətlərinə kölgə gətirmək üçün təxribat sayıla bilər. Təbii ki, həmin təxribatların arxasında İŞİD dayanır”.

Elxan Şahinoğlunun fikirlərindən belə aydın olur ki, bu təxribatın arxasında İŞİD qüvvələri dayanır. Məsqəd isə bəllidir: Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək. İŞİD-in son zamanlarda nümayiş etdirdiyi duruş da bu təxribatın əvvəlcədən hesablandığını deməyə əsas verir. Lakin ümid edirik ki, belə terror aktlarının törədilməsi iki qardaş ölkə arasında münasibətlərin korlanmasına səbəb ola bilməz. Hər iki dövlət beynəlxalq terrorizmə qarşı var gücü ilə mübarizə aparır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3485