Neft Fondu 654 mln. dollar satdı


11:12     06 Dekabr 2018 neft%20fondu.PNG


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən Femida.az-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 654,1 mln. dollar məbləğində vəsait satılıb.

Cari ilin oktyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 489,6 mln. dollar satıb. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabrda Fond tərəfindən satılan valyutanın həcmi 164,5 mln. manat və ya 33,6% artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 335