Azərbaycana heroin gətirən əcnəbi vətəndaş saxlanıldı

Azərbaycana heroin gətirən əcnəbi vətəndaş saxlanıldı


12:32     06 Dekabr 2018 18_12_06_1544085276.jpg


Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından ölkəmizə gələn İİR vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanada rentgenoloji müayinə zamanı onun daxili orqanı - düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Nəticədə vətəndaşın düz bağırsağında 4 ədəd bükümdə, çəkisi 200 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Femida.az

Açar sözlər: #heroin   #İran   #narkotik   #DGK   #gömrük  

Oxunub: 115