Bacısıgilə qonaq gedən tələbə qız faciəvi şəkildə öldü


12:34     06 Dekabr 2018 meyit55.jpg

Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib.


Femida.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, 2000-ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib.

Belə ki, Lənkəran Dövlət Universitetinin tələbəsi olan L.İbrahimzadə ötən gün bacısı Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.

Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 425


Oxşar xəbərlər