Qızıl medallı məzunlarla bağlı güzəşt ləğv olundu
12:45 06 Dekabr 2018
Orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı "Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilən müddəa ictimaiyyət, təhsil ekspertləri, müəllimlər tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Milli Məclisin Elm və təhsil komitəsinin eksperti Coşqun Məmmədov Modern.az-abildirib ki, orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa "Ümumi təhsil haqqında” qanun layihəsindən çıxarılıb.
"Müzakirələrdən sonra plenar iclasa tövsiyə edilən sənədin yekun variantında orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa öz əksini tapmayıb. Qanun layihəsinə təkliflərini vermək istəyən hər bir təhsil eksperti, ictimaiyyət nümayəndələri, müəllimlərin təkliflərinə hər zaman açığıq. Həmin təkliflər Milli Məclisin Elm və təhsil komitəsinin İşçi qrupu tərəfindən dəyərləndiriləcək və daha sonra isə məqbul hesab edilən təkliflər qanun layihəsində öz əksini tapacaq”.
Qeyd edək ki, Milli Məclisdə hazırlanan yeni "Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilmişdi ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar. Amma ictimai müzakirələrdən sonra artıq bu müddəa layihədən çıxarılıb.
Femida.az
Oxunub: 561
Oxşar xəbərlər
- Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
- Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb
- Qızılağac Milli Parkında yanğın başlayıb
- Qızıl və gümüş nişanla təltif olunan məktəb məzunlarının adları açıqlandı - SİYAHI
- Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxslərinə cinayət işi açıldı
- Qızıl Aypara Cəmiyyətinin Bərdə Bölməsində araşdırmalara başlandı
- Qızıl və gümüş satışından 186,5 milyon gəlir əldə edilib
- Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının qarşısı alınıb
- Qızılağac Milli Parkında yanğın başlayıb
- Qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub