Azərbaycan və Türkiyə birgə yük vaqonları istehsal edəcək


13:12     06 Dekabr 2018 2018/12/vaqon111_1544087617.jpg

Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq.



Femida.az
xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə KİV-lərinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək yük vaqonlarını birlikdə istehsal edəcək. Bununla əlaqədar Azərbaycanda zavod yaradılacaq. Nazirin sözlərinə görə birgə müəssisənin layihələşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Femida.az

Açar sözlər:

Oxunub: 532