Eynşteynin məktubu 3 milyon dollara satıldı - Foto


13:22     06 Dekabr 2018 18_12_06_1544088026.jpg


Nobel mükafatlı fizik Albert Eynşteynin 1954-cü ildə yazdığı və Allahın varlığını inkar edən məktub hərracda rekord qiymətə satılıb. 1 milyondan başlayan hərracda qiymət 3 milyona qədər (2.91 milyon dollar) qədər yüksəlib. Adı açıqlanmayan şəxs məktub üçün 2.9 milyon dollar ödəyib.

Femida.az xəbər verir ki, Eynşteyn ölümündən bir il əvvəl, 74 yaşında Princeton Universitetində yazdığı məqalədə belə idi:

"Allah sözü mənim üçün xalqın zəifliyinin bir göstəricisidir. İncil isə müqəddəsdir, lakin ibtidai hekayələrdən ibarətdir. Heç bir açıqlama fikrimi dəyişməyəcək”.



Yəhudi əsilli fizik Hitlerin hakimiyyəti dövründə Almaniyadan qaçmaq məcburiyyətində qaldığı üçün məktubda yəhudiliyi də sərt tənqid edib:

"Bütün başqa dinlər kimi mənim üçün yəhudilik də ibtidai bir xurafatın təcəssümüdür. Yəhudiliyi digər xalqlardan ayıran bir ucalığı yoxdur”.

Məktub ilk dəfə 2008-ci ildə bir auksionda 404 min dollar satılmışdı. 2012-ci ildə 3 milyon dollar eBay-də satışa çıxaran "Allahın məktubu"nu alan olmamışdı.

Bu Eynşteynin ilk belə bahalı məktubu deyil. Fizikin 1939-cu ildə ABŞ prezidenti Franklin Ruzveltə yazdığı məktub (Almaniya atom bombası layihələri haqqında) 2002-ci ildə bir auksionda 2.1 milyon dollara alıcı tapmışdı.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Eynşteyin   #məktub   #dünya   #maraqlı   #Almaniya   #din   #Allah  

Oxunub: 698