Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır


13:40     06 Dekabr 2018 18_12_06_1544089216.jpg


6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır.

Femida.az xəbər verir ki, 1881-ci il 6 dekabr tarixində “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmiş, daha sonra o dövr üçün geniş telefon şəbəkəsi yaradılmışdı.

1886-ci ilin 26 mayında Bakıda ilk mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin yaradılması və 20 illik müddətə istismara verilməsi də önəmli hadisə idi. Həmin dövrdə Bakıda 40 telefon istifadəçisi var olub.

Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-80-ci illərə düşür. 1970-ci il iyunun 24-də Heydər Əliyevin təşəbbüsü ilə "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilib. Ölkənin rabitə sistemi böyük ölçüdə yenidən qurulub.

1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.

Bu gün isə Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində Azərbaycanda ən müasir avadanlıqlardan istifadə olunur. Eləcə də ölkə vətəndaşlarına yüksək səviyyəli xidmətlər təklif olunur.

Artıq 13 ildir ki, 6 dekabr Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibəti ilə təbrik edirik!

Femida.az

Açar sözlər: #rabitə   #NRYTN   #bayram  

Oxunub: 184