DƏHŞƏT: bir gecədə 6 nəfər qəzada öldü


17:55     15 Oktyabr 2015 1382332459_1358921233_default.jpeg


Hər bir faktla bağlı araşdırma aparılır

Daxili İşlər Nazirliyi ölümlə nəticələnən yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 14-də saat 06 radələrində Xızı rayonunun Sitalçay kəndində Salyan rayon sakini Kamil Əliyev idarə etdiyi “VAZ-21043” markalı avtomobillə yolu keçən Quba rayon sakini Nəsrullah İbrahimovu vurub. N.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb. Oktyabrın 14-də saat 22 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsində rayon sakini Cahan Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Nadejda Həsənovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Oktyabrın 14-də saat 21 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində şəhər sakini Şahin Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Abbas Novruzovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.


Oktyabrın 14-də saat 18 radələrində Ağcabədi şəhərində şəhər sakini Vasif Əzizli idarə etdiyi “T-28” markalı traktorla yolu keçən həmyerlisi Lyüdmila Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş L.Məmmədova orada ölüb.

Bundan başqa bu gün saat 9:00 radələrində Göyçay-Ucar yolunda “Mercedes” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolun kənarı ilə gedən 4 piyadadan ikisini vurub. Məlumata görə, Göyçayın Xəlitli kənd sakinləri - 1993-cü il təvəllüdlü Mikayılov Elnur Firudin oğlu və 1977-ci il təvəllüdlü Hüseynov Zahid Veyis oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəsarət almasa da, həkim müayinəsindən keçirilərək evə buraxılıb.


Hər bir faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1042