Gürcüstanda azərbaycanlı molla döyüldü
14:06 06 Dekabr 2018
Hadisə kənd qəbirstanlığında baş verib.
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Daştəpə kəndinin mollası Eldəniz Sadıqov döyülüb.
Hadisə dekabrın 5-də səhər saatlarına kənd qəbirstanlığında baş verib.
E.Sadıqov həmkəndilisi Mirəli Həsənov tərəfindən döyüldüyünü bildirib. O hesab edir ki, döyülməsinə “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından narazılığını ifadə etdiyi video müraciət səbəb olub. Xəsarət alan şəxs bildirib ki, polis artıq bir aydır onun evindən qiymətli əşyaların oğurlanması ilə bağlı cinayətin üstünü aça bilmir.
Molla döyülməsi ilə bağlı “112” xidmətinə zəng vursa da, polis faktla bağlı araşdırmaya başlamayıb. E.Sadıqov özü polis bölməsinə gedəndən sonra polis araşdırmaya başlayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi E.Sadıqovun ittihamlarını qəbul etməyib.
Nazirlik faktla bağlı zorakılıq maddəsi üzrə cinayət işi başlayıb.
Polis mollanın döyülməsində şübhəli bilinən M.Həsənovu artıq dindirib. Onu günahı sübuta yetiriləcəyi təqdirdə cərimə və ya 120 saatdan 180 saatadək ictimai işlər, 6 aydan 1 ilədək ev dustaqlığı yaxud da 1 il müddətinə həbs cəzası gözləyir.
E.Sadıqov hazırda Marneulidə xəstəxanada müalicə olunur. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirirlər.(report.az)
Femida.az
Oxunub: 546
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var